Prezident İlham Əliyev iyulun 25-də Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 5 milyon manat ayrılıb.