Prezident İlham Əliyev yanvarın 8-də Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, ötən müddətdə Mingəçevir şəhərində mühüm infrastruktur layihələri yerinə yetirilib, yeni sənaye müəssisələri açılıb, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, Mingəçevir Dövlət Dram Teatrı yenidən qurulub, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilib. Sərəncama əsasən, Mingəçevirin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Dövlət başçısının 7 yanvar tarixli sərəncamına əsasən, Yardımlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.