Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi yaxınlığında yerləşən qədim yaşayış yerləri və orada aşkar olunan qədim maddi-mədəniyyət nümunələrindən bəhs edən “Sirabda arxeoloji araşdırmalar” kitabı işıq üzü görüb.
   
   Enolit dövründən başlayaraq Orta əsrlərədək Naxçıvan tarixinin böyük bir dövrünü əhatə edən Sirab kəndi ətrafında aşkar olunan yeni abidələrdən bəhs olunan monoqrafiya üç dildə - Azərbaycan, rus, ingilis dillərində oxuculara təqdim olunur.
   Yeni nəşrdə Sirab kəndi yaxınlığında aparılan araşdırmalar, eləcə də tədqiqatlar zamanı tapılmış keramika məmulatları haqqında məlumatlar verilib. Kitabda Sirab kəndindən şimal-şərqdə yerləşən Daşqala mağarası, Zirinclik, Taxçalı, cənub-qərbdə yerləşən Şorsu, cənub-şərqdə yerləşən Qaratəpə, şimal-qərbdə yerləşən Yumru Sürümçək və digər yaşayış yerləri, kəndin ərazisində olan təbiət abidələri və ziyarətgahlarla bağlı ümumi məlumatlar ətraflı şəkildə əksini tapıb.
   Sirab kəndinin ərazisində və onun ətrafında yerləşən abidələrin xəritəsi, habelə aşkar olunan keramika məmulatlarının və qədim yaşayış yerlərinin rəngli fotoşəkillərinin də yer aldığı yeni nəşr 160 səhifədən ibarətdir.
   AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Vəli Baxşəliyev və Sirab kənd orta məktəbin müəllimi Saleh Novruzovun birgə hazırladıqları kitab araşdırıcılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar