Yeniyetmə ifaçılar maraqlı konsert proqramı ilə çıxış etdilər
   
   Aprelin 29-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Sazın Neməti” adlı konsert proqramı keçirildi. 
      
   Konsert proqramında AMEA-nın Folklor İnstitutunun elmi işçisi, beynəlxalq müsabiqələr laureatı, Əməkdar mədəniyyət işçisi Nemət Qasımov və onun yetirmələri çıxış etdilər.
   Proqramı 22 saylı musiqi məktəbinin direktoru, Əməkdar müəllim Natiq Vəliyev açdı. Sonra sözü məktəbin müəllimi, beynəlxalq müsabiqələr laureatı Nemət Qasımova verdi. O, milli mədəniyyətimizin incilərindən hesab edilən aşıq sənətinin UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, bu ulu sənəti yaşatmaq və təbliğ etmək üçün geniş işlər görüldüyünü dedi. Musiqi məktəbindəki yetirmələrinin istedad və bacarığından söz açan N.Qasımov onların gələcəyin tanınmış saz-söz ustaları olacaqlarına ümidvar olduğunu bildirdi.
   Sonra söz qonaqlara verildi. Akademik Bəkir Nəbiyev, millət vəkili Qənirə Paşayeva, yazıçı Mövlud Süleymanlı, şair İlyas Tapdıq, aşıq İsfəndiyar, şairə Məlahət Yusifqızı və başqaları çıxış etdilər. Kollektiv haqqında dəyərli fikirlər söylədilər.
   Çıxışlardan sonra səhnəyə yeniyetmə saz ifaçıları dəvət olundu. Məktəbin yetirmələrindən Elvin Mehmanlı (“Baş sarıtel”), Nübar Etibarqızı (“Yanıq Kərəm”), Nicat Qurbanov (“Osmanlı divanisi”), Samir Pənahov (“Dilqəmi”), İbrahim Cəfərov (“Naxçıvani“), Vüqar Məmmədov (“Koroğlu cəngisi”), Xatirə Gülməmmədli (“Qaraçı”) və başqalarının maraqlı çıxışları alqışlarla qarşılandı.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar