Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan aşıq poeziyasının və aşıq sənətinin tanınmış nümayəndəsi, Gədəbəy Aşıqlar Ansamblının yaradıcısı Aşıq İsfəndiyar Rüstəmovun 75 illik yubiley gecəsi keçiriləcək.
   İsfəndiyar Ədil oğlu Rüstəmov 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində anadan olub. 1954-cü ildən aşıq sənəti ilə məşğul olmağa başlayıb, 1958-ci ildə Bakıda keçirilən festivalda 1-ci dərəcəli diplomla təltif olunub. 1972-ci ildə böyük ustad Aşıq Ələsgərin Moskvada qeyd olunan 150 illik yubileyində uğurla çıxış edib. 1975-1977-ci illərdə keçirilən ümumittifaq festivalında uğurlu çıxışlarına görə aşıq Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb.
   Ustad sənətkar uzun illər Gədəbəy rayonunda fəaliyyət göstərən aşıqlar ansamblına rəhbərlik edib, onlarla şagird yetirib. Aşıq sənətinə verdiyi töhfələrə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına və Prezident təqaüdünə layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar