Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində Naxçıvan Aşıqlar Birliyinin fəaliyyəti müzakirə olunub. Muxtar respublikanın mədəniyyət və turizm naziri Sarvan İbrahimov qeyd edib ki, mədəniyyət müəssisələri xalq yaradıcılığı, xüsusən aşıq sənətinin təbliği ilə bağlı öz işlərini qurarkən yaradıcılıq təşkilatları ilə əlaqəli fəaliyyət göstərməlidirlər. Aşıqlar Birliyi konsertlər təşkil edərkən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində saz ixtisası üzrə təhsil alan istedadlı şagirdlərin qüvvəsindən də istifadə etməlidir.
   Qeyd olunub ki, hazırda muxtar respublikanın musiqi məktəblərində 62 nəfər saz ixtisası üzrə təhsil alır. Nazirliyin Elmi-Metodik Mərkəzi tərəfindən ötən il yaradılan “Ozan” yaradıcılıq studiyasına 15 nəfər yeniyetmə qız cəlb olunub. Mərkəzin nəzdində fəaliyyət göstərən “Sazçı qızlar” ansamblı da bu sənətin təbliği üçün fəaliyyətini gücləndirməlidir.
   Naxçıvan Aşıqlar Birliyinin sədri İxtiyar Seyidov birliyin fəaliyyətində olan durğunluğun aradan qaldırılması yollarından danışıb. Qeyd edib ki, birliyin 21 üzvü olsa da, onlar arasında əlaqə zəifdir. Birlik üzvləri vaxtaşırı toplanmalı, yaradıcılıq fəaliyyətlərini müzakirə etməlidirlər.
   
   Fariz Yunisli







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar