Martın 3-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, ustad aşıq İslam Yusifovun 120 illik yubileyi qeyd olunacaq. Tədbirdə görkəmli sənətkarın lent yazısı səsləndiriləcək, ustadla bağlı unudulmaz xatirələr tədbir iştirakçılarının diqqətinə çatdırılacaq.