Tədbir çərçivəsində Şərq-Qərb Mədəniyyət Nazirlərinin görüşü nəzərdə tutulur
   
   Xəbər verdiyimiz kimi, 2013-cü ilin 29 may -1 iyun tarixlərində Bakıda II Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə "Çeşidli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçiriləcək Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir. Tədbirdə beynəlxalq qurumların rəhbərləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.
   II Bakı Forumunda hazırkı mədəniyyətlərarası münasibətlərin normal inkişafına mane olan məsələlər, təhdidlərin aradan qaldırılması üçün müxtəlif mövzularda debatlar təşkil ediləcək, mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri, mədəni-sosial, dini, iqtisadiyyat, biznes sahələrinin təsirləri müzakirə olunacaq. Tədbir beynəlxalq tərəfdaşlarımıza, iştirakçı ölkə və təşkilatlara bu sahədə müvafiq təcrübəni bölüşmək, eləcə də yeni təşəbbüsləri irəli sürmək imkanı yaradacaq.
   Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq dünyada ilk dəfə Şərq-Qərb Mədəniyyət Nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.
   Forumda iştirak etmək üçün BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında Əməkdaşlıq memorandumunun imzalanması nəzərdə tutulur.
   Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti 2011-ci ilin 27 may tarixli fərmanı ilə Dünya Forumu hər iki ildə bir dəfə Bakıda keçiriləcək və tədbirin təşkilinə məsul qurum Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar