İyulun 10-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə mənəvi birliyinin simvolu - aşıq-ozan sənəti” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub aşıq-ozan sənətinin Azərbaycan-Türkiyə dostluq və qardaşlığının mədəni və mənəvi tellərinin araşdırılması baxımdan mühüm yeri olduğunu bildirib, bu mövzuda tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, aşıq-ozan sənəti xalqlarımızı, tarixi köklərimizi, adət-ənənələrimizi bir-birinə daha da yaxınlaşdırır.
Tədbirdə çıxış edən ziyalılar bildiriblər ki, aşıq-ozan sənəti xalqın həm mənəvi, həm də ictimai-sosial baxımından arzu və istəklərini ən gözəl və ən dolğun ifadə edə bilən sənətdir.