İyunun 29-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında aşıq Məmmədağa Babayevin 80 illik yubileyi qeyd olunacaq. Tədbirdə sənətkarın mənalı ömür yolu, zəngin yaradıcılıq axtarışlarından söz açılacaq və lent yazıları səsləndiriləcək.
   1953-cü ildən aşıqlıq sənətinə başlayan Məmmədağa Babayev aşıqların I qurultayının nümayəndəsi, bir çox festivalların iştirakçısı və laureatı olub. Şirvan aşıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Məmmədağa Babayev aşıq havaları ilə yanaşı, muğamları da çox məharətlə ifa edib. Uzun illər Şamaxıda “İncə tellər” aşıqlar ansamblına rəhbərlik edib. Radionun qızıl fondunda sənətkarın çoxlu lent yazısı saxlanılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar