Dekabrın 5-6-da AMEA-nın Folklor İnstitutu və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda elmi konfrans keçiriləcək.
Şəcərəsi Miskin Abdal soyundan başlanan, el şairi Ağdabanlı Qurbanın oğlu Aşıq Şəmşirin bu il 120 illiyi qeyd olunur. Ustad sənətkar Azərbaycan klassik aşıq şeirinin əksər janr və formalarında mükəmməl nümunələr yaradıb, yetmişdən artıq saz havasını və 20-dən çox dastanı peşəkarlıqla ifa edib. Onun zəngin irsi Azərbaycanla yanaşı, digər türk xalqlarının da diqqətində olub.
Konfransda türk dünyasının tanınmış musiqişünas alim və sənətkarlarının iştirak edəcəyi gözlənilir.
Fariz