Noyabrın 12-də Tovuz rayon Mədəniyyət evində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, ədəbiyyat və mədəniyyət xadimləri, aşıq sənəti nümayəndələri, ictimaiyyət təmsilçiləri iştirak edib.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin aparıcılığı ilə keçən gecədə çıxış edənlər aşıq Əkbər Cəfərovun yaradıcılığından söhbət açıb, ifaçılıq məharətindən danışıblar. Bildirilib ki, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Əkbər Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində doğulub. El sənətkarı dəfələrlə Bakıda və Moskvada keçirilən festivalların qalibi olub. Aşığın “İşıqlı tellər”, “Saz danışanda”, “Söz qanana qurban olum” adlı şeir kitabları işıq üzü görüb. Görkəmli aşıq 1990-cı ildə, 57 yaşında vəfat edib.
Tovuz aşıq məktəbinin yetirmələrindən aşıq Firudin Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru aşıq Samirə Əliyeva, aşıq Hakim Azaflı, aşıq Əli Quliyev, Şirvan aşıq məktəbinin yetirməsi Əli Taptıqoğlu, Göyçə aşıq məktəbinin yetirməsi Şöhrət Kərimov və başqalarının ifasında görkəmli el sənətkarının sözlərinə bəstələnmiş mahnılar səsləndirilib. Aşıq Əkbər Cəfərovun dostu, şair İsa Cavadoğlu aşıqla bağlı xatirələrini danışıb.
Tədbir barədə geniş reportajı növbəti sayımızda təqdim edəcəyik.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar