Türkiyənin Ərdahan şəhərində türkiyəli saz-söz ustası aşıq Şenliyin ölümünün 100-cü ildönümünə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib. “Ölümünün yüzüncü ilində aşıq Şenlik və türk dünyası aşıqlar mərasimi” mövzusunda konfransda ölkəmizi AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin əməkdaşı Nailə Əskər təmsil edib. Tədbirdə türk aşıq sənəti və Aşıq Şenliyin yaradıcılığı, sənətkarlığı haqqında məruzələr dinlənilib.
Nailə Əskər “Aşıq Şenlik Azərbaycan araşdırmalarında” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Azərbaycan və Türkiyənin ortaq mənəvi dəyərlərindən biri olan aşığın ölkəmizdə, o cümlədən bütün Qafqazda tanındığını söyləyib.
Konfransda müasir türk aşıq sənətinin nümayəndələri konsert proqramı ilə çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar