Dekabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasında Folklor İnstitutunun və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə Folklor İnstitutunun dəvəti ilə türk dünyasının tanınmış musiqişünas alim və sənətkarları da iştirak ediblər.
Konfransda bildirilib ki, şəcərəsi Miskin Abdal soyundan başlanan, el şairi ağdabanlı Qurbanın oğlu Aşıq Şəmşirin bu il anadan olmasının 120 illiyi qeyd edilir. Ustad sənətkar Azərbaycan klassik aşıq şeirinin əksər janr və formalarında mükəmməl nümunələr yaradıb, 70-dən artıq saz havasını və 20-dən çox dastanı peşəkarlıqla ifa edib. Onun zəngin irsi Azərbaycan ilə yanaşı, digər türk xalqları tərəfindən də maraqla öyrənilməkdədir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar