Türkiyənin Qars şəhərində keçirilən IX beynəlxalq aşıqlar bayramına Azərbaycan, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tatarıstandan nümayəndələr qatılıb.
Ustad sənətkar Çobanoğlunun məzarının ziyarəti ilə başlanan tədbir daha sonra önündə məşhur saz-söz xiridarı aşıq Şenliyin abidəsinin qoyulduğu Qars Şəhər Mədəniyyət Mərkəzində davam etdirilib. Aşıqlar bayramında AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilin “Türk xalqlarının mədəniyyətində aşıq ənənəsinin yeri, rolu və əhəmiyyəti”, elmi işçi Nailə Əsgər “Aşıq ənənəsi və Çıldır aşıq mühiti” mövzularında məruzələri maraqla dinlənilib. Altay Məmmədli və Solmaz Kosayeva öz ifaları ilə Azərbaycan aşıq sənətinin gözəlliklərini mükəmməl şəkildə nümayiş etdiriblər. Sonda iştirakçılara sertifikatlar və mükafatlar təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar