Mayın 1-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Dünya klassik musiqi irsi” layihəsi çərçivəsində konsert təqdim olunacaq.
   
   Gecədə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edəcək. Bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevdir.
   Konsertdə Xalq artisti Simarə İmanova, əməkdar artistlər Aybəniz Haşımova, Almaz Orucova, Sahib Paşazadə və digər solistlərin ifaları təqdim olunacaq. Proqrama Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib.
   * * *
   Mayın 6-da Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə daha bir konsert proqramı təqdim ediləcək.
   Görkəmli dirijor, Xalq artisti Rauf Abdullayevin idarəçiliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor - Xalq artisti Gülbacı İmanova) böyük bəstəkar Arif Məlikovun dahi rəhbərə həsr etdiyi “Əbədiyyət” adlı 8-ci simfoniyasını ifa edəcəklər. Solist Əməkdar artist Rəşidə Behbudovadır.
   Konsertin proqramına Qara Qarayevin “Xoşbəxtlik mahnısı”, Rauf Əliyevin “Vətənim mənim, Azərbaycan”, Nazim Əliverdibəyovun “Bayatı-Şiraz”, Sərdar Fərəcovun “Koroğlu” simfonik freskası, Aqşin Əlizadənin “Ana torpaq” odası, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xoru daxildir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar