İranlı aşıq Səlcuq Şahbazidən təşəkkür məktubu

Noyabrın 12-dən 17-dək Azərbaycanda keçirilən II Beynəlxalq Aşıq Festivalında qonşu İran İslam Respublikasından da aşıqlar iştirak edirdi. Nümayəndə heyətinin rəhbəri, İran Musiqi Evinin Aşıqlar Təşkilatının təmsilçisi Səlcuq Şahbazi qəzetimizin elektron poçtuna göndərdiyi məktubda festivalla bağlı təəssüratlarını bölüşür, təşkilatçılara təşəkkürünü bildirir.

2010-cu ildə ölkəmizdə keçirilən I Beynəlxalq Aşıq Festivalının da iştirakçısı olduğunu xatırladan aşıq budəfəki sənət bayramından da zəngin təəssüratla ayrıldığını deyir: “Azərbaycanda aşıq sənətinə dövlət səviyyəsində bu qədər qayğı və diqqət göstərilməsi böyük hadisədir. Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən festival Azərbaycan xalqının sənətə, mədəniyyətə və incəsənətə yüksək dəyər verməsinin bir daha təsdiqi kimi yaddaşımıza yazıldı. İstər Bakıda, istərsə də bölgələrdə böyük diqqət və qonaqpərvərlik gördük. Bu festival həm də bizim üçün bir dostluq körpüsünə çevrildi. Festivala Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Dağıstan (Rusiya) və Borçalıdan (Gürcüstan) qatılmış aşıqlarla doğmalaşdıq və bu da gələcəkdə sənət əlaqələrimizin inkişafında mühüm rol oynayacaq».
II Beynəlxalq Aşıq Festivalını böyük bir mədəniyyət hadisəsi adlandıran sənətkar İran nümayəndə heyətinin rəhbəri kimi tədbirin təşkilatçılarına təşəkkür etməyi özünə borc bildiyini deyir: «Xalq şairi Zəlimxan Yaquba, festivalın keçirildiyi günlərdə bizimlə olub hər an qayğı və diqqətini əsirgəməyən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayevə, nazirliyin əməkdaşları Rəşad Əliyev və Vüqar Məmmədova, professor Qəzənfər Paşayevə və Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğluna da aşıqlarımız adından ayrıca minnətdarlığımızı çatdırmaq istəyirəm”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar