Aşıq sənətini tədqiq edən amerikalı professor ölkəmizdə səfərdə olub

ABŞ-ın Koustal Karolina Universitetinin professoru Anna Oldfield “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olub. Qurumdan bildiriblər ki, qonaq AMEA-nın Folklor İnstitutu, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Tərtər şəhərində keçirilən “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.
Amerikalı professorun Azərbaycan mədəniyyətinə böyük marağı və sevgisi onun araşdırmalarında öz əksini tapıb. Professor Anna Oldfield “Azərbaycanda musiqi və multikulturalizm”, “Kitabi-Dədə Qorqud” dastanına elmi baxış”, “Türk dastanlarında zəfərin təsviri” və s. məqalələrin və “Azərbaycanın qadın şairə-aşıqları: XVIII əsrdən günümüzə qədər” adlı kitabın müəllifidir.
Səfər çərçivəsində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu ilə professor Anna Oldfield arasında Azərbaycan folklorunun, musiqisinin dünyada təbliğinə dair əməkdaşlıq protokolu imzalanıb. Anlaşmaya əsasən, ictimai birliyin ekspertləri və amerikalı professor Azərbaycan folklorunun, aşıq sənətinin beynəlxalq səviyyədə təbliği istiqamətində koordinasiyalı fəaliyyət göstərəcək, aşıq sənətinin görkəmli nümayəndələrinin yaradıcılığını araşdıracaqlar. Anlaşmada Koustal Karolina Universitetində Azərbaycan guşəsinin yaradılması da nəzərdə tutulub. Guşədə ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında nəşrlər yer alacaq. Azərbaycan klassik musiqilərinin, xalq mahnılarının, filmlərinin lent yazıları universitetə hədiyyə ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar