Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” tədris teatrında Xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Şairin özünün də iştirak etdiyi tədbirdə aşıq sənəti kafedrasının müdiri Aşıq Əhliman Rəhimov, dosentlər - aşıq Samirə Əliyeva, Fəzail Miskinli, Nemət Qasımov və aşıq Altay Xalq şairinin sözləri üzərində aşıq nümunələrini ifa ediblər.
Tədbirdə professor Gülşən Əliyeva-Kəngərli, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış edərək, şairin zəngin yaradıcılığından söhbət açıblar. Əməkdar artist, dosent Ağalar Bayramov və tələbələrin ifasında Zəlimxan Yaqub poeziyasından nümunələr səsləndirilib.
Sonda yubilyar çıxış edərək universitetin müəllim-tələbə heyətinə təşəkkürünü bildirib, ona ünvanlanan sualları cavablandırıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar