Özbəkistanın silkway.uz portalında milli musiqi alətimiz olan saz haqqında geniş yazı dərc olunub. Rus dilində təqdim olunan materialda aşıq sənəti, saz və bu qədim alətin tarixi barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, ozan və aşıqların qoşma, gözəlləmə, müxəmməs, təcnis üstündə oxuduqları mahnıların sözlərini aşıqların özləri yazır, bəstələyir və ifa edirlər. Aşıqlar tək, ikibir, üçbir və ya ansambl formasında çıxış edirlər.
Yazıda bildirilir ki, aşıqların ifasında qəhrəmanlıq və məhəbbət dastanları da geniş yer tutur. Aşıq sənətində deyişmə də geniş yayılıb. Deyişmədə iki, üç, bəzən dörd aşıq iştirak edir, tapmaca formasında açılması gərək olan şeirlər oxuyurlar. Qeyd olunur ki, aşıq sənəti Azərbaycanla yanaşı, İran, Türkiyə, Əfqanıstan, Suriya və Balkan ölkələrində də yayılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar