Aprelin 28-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında aşıq sənətimizin tanınmış nümayəndəsi, Göyçə aşıq mühitinin yetirməsi, Prezident təqaüdçüsü Mahmud Məmmədovun 80 illik yubiley tədbiri keçiriləcək.
Mahmud Qasım oğlu Məmmədov 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. 1946-cı ildə ailəsi ilə birlikdə Tovuz rayonunun Bozalqanlı kəndinə köçüb.
1957-ci ildən başlayaraq ustadı İmran Həsənov, Əkbər Cəfərov, balaban ustası Abbas İsmayılovla birlikdə dövlət tədbirlərində iştirak etməyə dəvət olunub. Həmin il gənc aşıq Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülüb. Sonralar ümumittifaq və beynəlxalq festivallarında laureat adını qazanıb.
Mahmud Məmmədovun Azərbaycan teleradiosunda mütəmadi çıxışları ona şöhrət qazandırıb. Aşıq bir müddət AMEA-nın Folklor İnstitutunda çalışıb. 1992-ci ildə Türkiyənin Konya şəhərində keçirilən folklor festivalında “Atatürk” qızıl medalına layiq görülüb. Aşığın "Hörmət olan yerdə, məhəbbət olar" , "Allah qəlbə görə verir" adlı şeir kitabları çap olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar