Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin və Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Gəncliyin səsi” adlı aşıq konserti keçirilib.
Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu bildirib ki, Xalq şairi Zəlimxan Yaqubun rəhbərlik etdiyi qurum həmişə gənclərə böyük diqqət və qayğı ilə yanaşıb. Təqdim olunan konsert Aşıqlar Birliyinin Respublika Gününə və “Bakı-2015” I Avropa Oyunlarına töhfəsidir. Konsert gənc aşıqların həm də yaradıcılıq imtahanıdır.
Sonra konsert proqramı təqdim olunub. Rəhman Rasimoğlunun rəhbərlik etdiyi “Rasimlər” folklor qrupu, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, ustad aşıq Əhliman Rəhimovun yetirmələri, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının “Çeşmə” qrupu, Sahib İsmiyevin “Buta” qrupu, gənc saz ifaçıları Pərviz Axundov, Namiq Fərhadoğlu, İlqar Qələmçəli, Şəhriyar Şahverdiyev və başqalarının çıxışları alqışlarla qarşılanıb.
Gənc amerikalı Marta Lauri və aşıq Mikayıl Azaflının nəvəsi Məhsəti Cabbarlının çıxışı, xüsusilə də əcnəbi xanımın Azərbaycan dilində səlis danışması tamaşaçıların daha böyük rəğbətini qazanıb.
İstedadlı gənclərdən Elməddin Məmmədli və Şəhriyar Kərimovun ifa etdikləri “Baş müxəmməs”lə yekunlaşan konsert hər kəsdə xoş ovqat yaradıb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar