Azərbaycan Aşıqlar Birliyinin ədəbi orqanı olan “Ozan dünyası” ədəbi-bədii jurnalının yeni nömrəsi çapdan çıxıb.
Nəşrdə ötən əsrdə yaşayıb-yaradan aşıq Murad Məhərrəmoğlu, aşıq Müslüm, aşıq Şıxmirhüseyn, aşıq Xəlil, aşıq İsmi və digər el sənətkarları haqqında qısa məlumat və yaradıcılıqlarından nümunələr dərc olunub. Jurnalda həmçinin bu yaxınlarda dünyasını dəyişmiş türkoloq alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru Həsən Mirzənin xatirəsinə həsr olunmuş yazı və birliyin sədri, Xalq şairi Zəlimxan Yaqubun mərhuma ithaf etdiyi “Dost itkisi” şeiri dərc olunub. Nəşrin bu sayında vaxtilə aşıq Hüseyn Saraclının söylədiyi “Bolu bəy və qoç Koroğlu” dastanı da yer alıb.
Jurnalın baş redaktoru Musa Nəbioğludur.