Türkiyənin Qaziantep Universitetinin professoru, aşıq, musiqi və folklor tədqiqatçısı İlqar İmamverdiyev “Xalq musiqisinə xidmət” mükafatı ilə təltif olunub. İstanbul Böyükşəhər Bələdiyyəsi və Motif Fondu tərəfindən təsis olunan mükafat 21-ci dəfə sahiblərinə təqdim edilib.
İ.İmamverdiyev bu mükafata Türkiyədə musiqi elminin inkişafı üçün səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, 30-dan çox kitab müəllifi olan həmyerlimiz Türkiyədə “Xalq musiqisinə xidmət” mükafatı ilə təltif olunan ilk xarici vətəndaşdır.
Soydaşımız mükafatı Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsi olduğunu diqqətə çatdıraraq deyib: “Əməyimə verilən bu mükafat bütövlükdə Azərbaycan musiqi elminin qazandığı uğurdur”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar