Azərbaycan Aşıqlar Birliyinin (AAB) dəstəyi ilə tanınmış aşıq, Əməkdar incəsənət xadimi Ədalət Nəsibovun repertuarı yazıya alınacaq, külliyyatı işıq üzü görəcək.
Bu barədə Aşıqlar Birliyindən məlumat verilib.
Aşıq Ədalət saz havalarının bənzərsiz ifaçısı kimi şöhrət qazanıb. Onun ifaları dünyanın bir çox ölkələrində mötəbər məclislərdə dinlənilib.
Külliyyatın payız aylarında təqdimatı keçiriləcək.