“Dirili Qurbani Məclisi” yeni mövsümünü sentyabrın 4-də Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi aşıq Mirzə Bilala həsr olunmuş tədbirlə açacaq. Bu haqda birliyin sədri, şair Yusif Dirili məlumat verib.
Tədbirdə məclis üzvləri ilə yanaşı, araşdırmaçılar, aşıqlar, Mirzə Bilalın yaxınları iştirak edəcəklər. Toplantıda məşhur aşığın şeirləri səsləndiriləcək, saz havaları dinləniləcək.
Bildirək ki, Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi aşıq Mirzə Bilal 1872-ci ildə indiki Ağsu rayonunun Qəşəd kəndində anadan olub. Şamaxıda böyük şair, maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsil alıb. O, 1937-ci ildə həbs edilib, «xalq düşməni» elan edilərək güllələnib.

S.Qaliboğlu