Prezident İlham Əliyev iyunun 5-də Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpasının tamamlanması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
   Sərəncama əsasən, “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.