Bugünlərdə Gəncə Dövlət Universitetində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - nasir, dramaturq, publisist, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə görkəmli ədibin Azərbaycan tarixində və ədəbiyyatındakı yeri və rolu haqqında fikirlər səsləndirilib.
   Universitetin professoru Xəlil Yusifli “Azərbaycan bədii-ictimai fikrinin Cəlil Məmmədquluzadə epoxası” və dosent Yadigar Əliyev “Cəlil Məmmədquluzadə və Azərbaycan nəsrində novatorluq” mövzularında məruzələr ediblər.
   Yubiley tədbiri universitetin filologiya fakültəsi tələbələrinin Mirzə Cəlilin əsərlərindən ibarət səhnəcikləri və musiqi nömrələri ilə başa çatıb.