Gəncə Musiqi Texnikumunun kollektivi 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş konsert proqramı ilə çıxış edib. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının iclas salonunda keçirilən tədbirdə təşkilatın sədri İsrafil İsmayılov çıxış edərək 17 il əvvəl Azərbaycanın siyasi və iqtisadi durumunu təhlil edib, ölkədaxili gərginliyin, xaos və anarxiyanın aradan qaldırılmasında, müstəqilliyimizin qorunub inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Sonra texnikumun müəllim və tələbələrinin ifasında Vətənə və milli dəyərlərimizə həsr olunmuş mahnılar səsləndirilib.