Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi regionların inkişafı üzrə Dövlət Proqramı Zaqatala rayonunda da uğurla həyata keçirilir.
   Rayonun Çobankol kəndində Mədəniyyət evi əsaslı təmirdən sonra müasir görkəm alıb. Belə dövlət qayğısından ruhlanan Mədəniyyət evinin kollektivi də öz işlərində ciddi dönüş yaradıb. Tərkibi əsasən gənclərdən ibarət olan kollektiv üzvləri kənd əhalisinə, xüsusilə böyüməkdə olan gənc nəslin tərbiyəsində mühüm rol oynamağa çalışırlar.
   Mədəniyyət evində keçirilən tədbirlərdə kənd orta məktəbinin müəllim və şagirdlərin əməyi də diqqətə layiqdir. Burada təşkil edilmiş bədii özfəaliyyət dərnəyinin tərkibi kənd gənclərindən ibarətdir. Mədəniyyət evində yaradılmış stolüstü oyunlar məktəblilərin ən çox maraq göstərdiyi tədbirlərdəndir.
   Mədəniyyət evinin müdiri Polad Şabanov burada təşkil olunan görüşlərə kənd təsərrüfatı ilə məşğul olan əməkçiləri cəlb edir. Bu da kənd təsərrüfatının inkişafında aparıcı rol oynayır. 2010-cu ildə “Ekologiya ili” çərçivəsində bizim kollektiv də bir sıra tədbirlərdə fəal iştirak edib, Mədəniyyət evində məktəblilərin «Biz təbiəti sevirik» sərgisini təşkil etmişik. Sərgidə 20-dən çox məktəblinin təbiət haqqında rəsmləri sərgidə nümayiş etdirilib. Bu və ya digər tədbirlərin keçirilməsində Mədəniyyət evinin metodisti Münasib Abdullayevin və mədəni təşkilatçı Zəminə Həsənovanın böyük əməyi olub.
   
   Şuay Xəlilov,
   Mədəniyyət evinin bədii rəhbəri