Lənkəran şəhərinin 2011-ci il üçün “Azərbaycanın Folklor Paytaxtı” elan olunması ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə mayın 10-da Lənkəran Dövlət Dram Teatrında musiqi bayramı keçirilib. Tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət və Turizm Şöbəsi tərəfindən təşkil olunub.
Lənkəran İcra Hakimiyyətinin başçısı T.İbrahimovun, rayon ziyalılarının və sakinlərinin iştirak etdiyi tədbirdə C.Cabbarlı adına 1 saylı və H.Rzayeva adına 2 saylı uşaq musiqi məktəblərinin kollektivləri muğam, xalq mahnı və rəqsləri, klassik mahnılarla çıxış ediblər. Konsertdə uşaq musiqi məktəblərinin xalq çalğı alətləri orkestri, kanon ifaçıları qrupu və xor kollektivi tərəfindən maraqlı musiqi nömrələri ifa edilib.