2013-cü il­də Cə­fər Cab­bar­lı adı­na “A­zər­bay­can­film” ki­nos­tu­di­ya­sı­nın ya­ra­dıl­ma­sı­nın 90 il­li­yi ta­mam olur. Ötən müd­dət ər­zin­də “A­zər­bay­can­film” ki­nos­tu­di­ya­sı zən­gin in­ki­şaf yo­lu keç­miş­dir. Ki­nos­tu­di­ya­da çə­ki­lən və sə­nət­kar­lıq ba­xı­mın­dan yük­sək bə­dii key­fiy­yə­ti ilə se­çi­lib in­di də bö­yük uğur­la nü­ma­yiş et­di­ri­lən film­lər Azər­bay­can ki­ne­ma­toq­ra­fi­ya­sı­nın par­laq sə­hi­fə­lə­ri­ni təş­kil edir. Xal­qı­mı­zın qə­dim ta­ri­xi ənə­nə­lə­rə ma­lik mə­də­ni-mə­nə­vi ir­si­nin qo­ru­nub sax­lan­ma­sın­da, pe­şə­kar mil­li kadr­la­rın ha­zır­lan­ma­sın­da ki­nos­tu­di­ya­nın fəa­liy­yə­ti təq­di­rə­la­yiq­dir.
   A­zər­bay­can Res­pub­li­ka­sı Kons­ti­tu­si­ya­sı­nın 109-cu mad­də­si­nin 32-ci bən­di­ni rəh­bər tu­ta­raq, mil­li ki­ne­ma­toq­ra­fi­ya­nın in­ki­şa­fın­da müs­təs­na xid­mət­lə­ri olan Cə­fər Cab­bar­lı adı­na “Azər­bay­can­film” ki­nos­tu­di­ya­sı­nın 90 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si­ni tə­min et­mək məq­sə­di ilə qə­ra­ra alı­ram:
   1. Azər­bay­can Res­pub­li­ka­sı­nın Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi, Azər­bay­can Res­pub­li­ka­sı Ki­ne­ma­toq­raf­çı­lar İt­ti­fa­qı­nın tək­lif­lə­ri­ni nə­zə­rə al­maq­la, Cə­fər Cab­bar­lı adı­na “A­zər­bay­can­film” ki­nos­tu­di­ya­sı­nın 90 il­li­yi­nə həsr olun­muş təd­bir­lər pla­nı­nı ha­zır­la­yıb hə­ya­ta ke­çir­sin.
   2. Azər­bay­can Res­pub­li­ka­sı­nın Na­zir­lər Ka­bi­ne­ti bu Sə­rən­cam­dan irə­li gə­lən mə­sə­lə­lə­ri həll et­sin.
   
   İl­ham Əli­yev
   A­zər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti
   ­Ba­kı şə­hə­ri, 6 av­qust 2013-cü il.