Oğuz rayonu Heydər Əliyev Muzeyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş “Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır” adlı ədəbi-bədii gecə keçirildi. Rayon 2 saylı orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya ilə açılan tədbirdə YAP rayon təşkilatının sədri S.Məhərrəmov, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova, Heydər Əliyev Muzeyinin direktoru M.Abbasova, kiçik elmi işçi G.Abdullayeva, tarix-diyarşünaslıq muzeyinin əməkdaşı E.Mütübullayeva və başqaları çıxış edərək Azərbaycan xalqının müstəqilliyinin bərpasına qədər mübarizələr və itkilərlə dolu ağır sınaqlardan keçdiyini vurğuladılar. Çıxış edənlər Azərbaycanın müstəqilliyinin qorunub-möhkəmləndirilməsində böyük öndər Heydər Əliyevin tarixi xidmətlərini qeyd etdilər. Qeyd olundu ki, xalqımızın uzun illər qəlbində yaşadaraq fədakar insanların canı və qanı bahasına əldə etdiyimiz müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır. Bu müstəqilliyi qoruyub saxlamaq üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.

   Qəsidə Hüseynova,
   Oğuz