Goranboy rayonunda mədəni-maarif müəssisələrinin yeniləşməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Rayonun mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyev bildirib ki, son bir ildə Qaramsallı, İrəvan və Zeynallı kəndlərində yeni kitabxana binaları istifadəyə verilib. Hazırda Sarov kəndindəki 250 yerlik mədəniyyət evində və Dəliməmmədli şəhərindəki musiqi məktəbində əsaslı təmir işləri sürətlə davam etdirilir.
Şöbə müdiri rayon mərkəzində 450 yerlik mədəniyyət sarayının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlandığını da deyib.
Şöbə müdiri rayon mərkəzində 450 yerlik mədəniyyət sarayının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlandığını da deyib.