Regionlarda mədəniyyət müəssisələrinin əsaslı təmiri, yeni mədəniyyət ocaqlarının tikilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış və baxılması üçün müvafiq dövlət strukturlarına təqdim edilmiş 2012-2015-ci illərin dövlət investisiya qoyuluşu proqramı layihəsində Astara rayonunda da bir sıra işlərin görülməsi nəzərdə tutulub.
   Layihəyə əsasən, 2012-ci ildə Astara rayonunda Uşaq musiqi məktəbi binasının əsaslı təmirinə, 2013-cü ildə isə Tarix-Diyarşünaslıq Muzeyi binasının əsaslı təmirinə, 2014-cü ildə isə Dövlət Rəsm Qalereyasının binasının tikintisinə başlanması nəzərdə tutulmuşdur.
   Mədəniyyət və Turizm Nazirliyi investisiya və texniki proqramlar şöbəsindən daxil olan məlumatda rayonumuzda mövcud daşınmaz tarix və mədəniyyət abidələrinin də təmiri öz əksini tapmışdır. Bu sırada növbəti illərdə Pensər kəndində yerləşən Məşhədi Abutalıb hamamının bərpası, Şiyəkəran kənd Mədəniyyət evinin əsaslı təmiri, Ərçivan kəndindəki Kərbalayi Həmid Abdulla hamamının bərpası və Kokalos kənd Mədəniyyət evinin əsaslı təmiri nəzərdə tutulmuşdur.
   Onu da qeyd edək ki, rayonun ən iri yaşayış məntəqələrindən biri olan Ərçivan kəndindəki ikimərtəbəli mədəniyyət evinin binası yerli bələdiyyənin hesabına əsaslı təmir edilmişdir.
   
   Əfqan Şəfiyev,
   Astara







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar