Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Fransa Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən Şərur rayonundakı “Ovçular təpəsi” qədim yaşayış yerində aparılan araşdırmalar zamanı Kür-Araz mədəniyyətinə aid yeni faktlar aşkarlanıb. AMEA Naxçıvan Bölməsindən verilən məlumata görə, ərazidə 2006-cı ildən elmi-tədqiqat işləri aparılır. Ötən müddətdə “Ovçular təpəsi”ndə aparılan araşdırmalarda Ubeyd mədəniyyəti və Proto-Kür-Araz mədəniyyətinə aid keramika məmulatları aşkarlanıb. Tədqiqatların nəticələri, o cümlədən İtaliyanın Del Salento Universitetinin laboratoriyasında “Ovçular təpəsi”ndən tapılan ağac kömürünün radiokarbon analizi Naxçıvanda Kür-Araz mədəniyyətinin eramızdan əvvəl V minilliyin sonundan başlandığını təsdiq edir.
   Cənubi Qafqazda Kür-Araz mədəniyyətinin tarixi ilə bağlı bu fakt Naxçıvanın və Azərbaycanın Araz boyu ərazisinin Kür-Araz mədəniyyətinin mərkəzi olduğunu sübut edir.