Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycanın xalq yaradıcılığı paytaxtları» proqramı (2010-2014) çərçivəsində Masallı şəhəri 2012-ci ildə “Azərbaycanın Folklor Paytaxtı” elan edilib. Bununla bağlı rayonda təşkilat komitəsi yaradılıb və tədbirlər planı hazırlanıb.
   
   Aprelin 14-də Masallı şəhərində yeni istifadəyə verilmiş “Gənclər Mərkəzi”ndə “Masallı Azərbaycanın Folklor Paytaxtıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri, foklorşünas alimlər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, incəsənət ustaları iştirak ediblər.
   Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı, Milli Məclisin deputatları Elmira Axundova, Sabir Rüstəmxanlı, Nəriman Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Xalq artisti İlham Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar İmanov bütün masallılıları bu əlamətdar hadisə münasibətilə təbrik ediblər.
   Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev “Folklor Paytaxtı”nın kubokunu və loqosunu təşkilat komitəsinin sədri Nəsir Muxtarlıya təqdim edib.
   Tədbirin sonunda rayonun “Halay” folklor kollektivi rəngarəng rəqs nömrələri ilə çıxış edib, ölkəmizin folkloruna və mədəniyyətinə həsr edilmiş film nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar