Quba rayonunda 2012-ci ilin “Kitabxanalar ili“ elan edilməsi ilə əlaqədar təntənəli mərasim keçirilib. Rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Mədəniyyət evinin qarşısında keçirilən tədbirdə müxtəlif mövzulara dair kitab sərgiləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Oxucular "Mütaliə stolu"nda 600-ə yaxın latın qrafikalı Azərbaycan ədəbiyyatı, 18 adda qəzet, jurnal və digər çap məhsulları ilə tanış olublar. Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmov və MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək, 2012-ci ilin Quba rayonunda “Kitabxanalar İli“ elan edilməsi ilə əlaqədar görüləcək işlər, keçiriləcək tədbirlər barədə danışıblar.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə 2012-ci il Gəncədə də “Kitabxanalar ili” elan olunub. Bununla əlaqədar şəhər kitabxana-informasiya sisteminin təkmilləşdirilməsi, kitabxanaların modernləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulub.
2012-ci ilin “Kitabxanalar ili” elan edilməsi ilə əlaqədar Xaçmaz rayonunda da elektron kataloqun yaradılması sahəsində işlər aparılır. Xaçmazın bir çox kəndində “Mütaliə həftələri”nin keçirilməsi planlaşdırılır. Respublikada ilk Multimedia mərkəzlərindən birinin Xaçmazda yaradılması da nəzərdə tutulub.