Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsi Azərbaycan Yazıçılar Birliyinin Qazax filialı ilə birlikdə yazıçı-publisist Eldar Nəsibli Sibirelin (1952-2010) anadan olmasının 60 illiyinə həsr edilmiş “Bura Qazaxdır, oğlum!” adlı xatirə gecəsi keçirib.
   
   Qazax Rayon Mədəniyyət Evində keçirilən gecədə şairin ailə üzvləri, icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova, tənqidçi Mehdi Şıxlınski, Yazıçılar Birliyinin Qazax filialının üzvləri, Müəllimlər İnstitutunun Qazax filialının müəllim və tələbələri, qonaqlar iştirak ediblər.
   Yazıçılar Birliyi Qazax filialının sədri Barat Vüsalın apardığı tədbirdə şairlərdən Ələddin İncəli, Həvəskar, Bilal Qoca, Tahir Çaylı, Saqif Qaratorpaq, Elnur Süleymanov, Şahanə Könül, şairin dostu, jurnalist Sərhəd Məmmədov, yazıçı Mustafa Rasimoğlu çıxış edib, xatirələrini söyləyiblər. Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında Eldar Nəsibli Sibirelin “Bura Qazaxdır, oğlum!” şeiri səslənib.
   Şairin ailə üzvləri və qardaşı - “Ocaq” qəzetinin baş redaktoru Vəli Xramçaylı tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar