Gəncədə Cavad xanın adını daşıyan küçənin tamamilə yenidən qurulmasından sonra bu xalq qəhrəmanının abidəsinin ucaldılması da qərara alınıb. Şəhərin qərb istiqamətindəki girişində qoyulacaq abidə üçün üç hektar yer ayrılıb. Ərazi seçilərkən tarixi məqamlar da diqqətə alınıb. Cavad xanın 1804-cü ilin yanvarında rus qoşunları ilə son döyüşü məhz bu ərazidə, “Quru qobu” adlanan yerdə baş verib.
   Abidənin müəllifi, Əməkdar rəssam Şərif Şərifovun sözlərinə görə, abidə şəhərin şanlı və qəhrəman keçmişini, onun vətənpərvər övladlarını təcəssüm etdirməklə yanaşı, həm də estetik cəhətdən gözəl görünəcək. Qərb tərəfdən şəhərə daxil olan və yaxud şəhərdən çıxan hər kəs ilk növbədə Cavad xanın abidəsini görəcək. 14 metr hündürlükdə nəzərdə tutulan abidədə Cavad xanın at üstündə əsgərlərini işğalçılarla döyüşə səsləyən anı əks olunacaq. Ərazidə heykəllə yanaşı, park və istirahət guşəsinin salınması da nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar