Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Siyəzən və Qusarda bayram tədbirləri keçirilib
   
   15 İyun - Milli Qurtuluş Günü münasibətilə Siyəzən rayonunda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin rayonun yaradıcı ziyalıları, ictimaiyyət nümayəndələri ilə görüşü keçirildi.
   
   Mədəniyyət və Turizm Nazirliyinin rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbir iyunun 13-də mədəniyyət evində gerçəkləşdi. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov, rayon ziyalıları və incəsənət xadimləri iştirak edirdilər.
   Mərasimi Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq ümummilli lider Heydər Əliyevin dövlətçilik tarixindəki xidmətlərindən danışdı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan tədbiri yüksək qiymətləndirdi. Qeyd olundu ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir: “1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün bu gün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Heydər Əliyevdir. Çox şadıq ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınan, sevilən incəsənət xadimləri bu bayram gününü bizimlə birgə keçirirlər”.
   Sonra söz incəsənət ustalarına verildi. Xalq artisti Canəli Əkbərov, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, estrada müğənnisi Nəzakət Məmmədova, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının solisti Rövşən Əziz, “Azər-star” musiqi yarışmasının iştirakçıları Şəms Cəbiyeva, Şahnaz Əliyeva, “Xalq ulduzu” müsabiqəsinin iştirakçısı Səməd Xasıyev maraqlı konsert proqramı ilə çıxış etdilər. Qiraət ustası Əməkdar artist Azad Şükürovun ifasında vətən haqqında şeirlər, Xalq artisti Cəmilə Bayramovanın rəqsləri alqışlarla qarşılandı.
   
   * * *
   15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş növbəti bayram konserti Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qusarda keçirildi. General Mahmud Əbilov adına Qusar şəhər meydanında təşkil olunan tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bildirdi ki, böyük öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdləri dəf etdi, tarixi sınaqlardan uğurla çıxdı: “Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
   Sonra incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim olundu. Siyəzəndə olduğu kimi Qusarda da sakinlər tərəfindən alqışlarla qarşılandı. III Respublika muğam müsabiqəsinin diplomantı Könül Məmmədli, Qusar Rayon Mədəniyyət Evinin “Ləzginka” və “İnci” qızlar rəqs qrupları da maraqlı çıxışları ilə yadda qaldı.
   
   Ceyhun






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar