Qəbələ şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında kitab bayramı keçirilib. 
   Tədbirdə çıxış edənlər dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə kitabxanaçılığın ildən-ilə inkişaf etdirildiyini, kitab fondunun latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla zənginləşdirildiyini, kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırıldığını vurğulayıblar.
   Kitab sərgisində “Ümummilli lider”, “Şifahi xalq ədəbiyyatı”, “Dünya ədəbiyyatı inciləri”, “Azərbaycan klassikləri”, “Yerli yazarlar”, “Uşaq ədəbiyyatı”, “Nağıl dünyamız”, “Elektron kitablar”, “Musiqi ədəbiyyatı”, “Qədimi kitablar”, “Azərbaycan Respublikası Prezidentinin hədiyyə kitabları” adlı bölmələrdə rəngarəng nəşrlər nümayiş etdirilib.
   Sərginin “Şifahi xalq ədəbiyyatı” bölməsinin önündə Hacallı kənd mədəniyyət evinin “Gülüstan” folklor qrupu çıxış edib. “Azərbaycan klassikləri” bölməsinin önündə isə rayon mədəniyyət evinin C.Məmmədquluzadə adına xalq teatrının ifasında M.F.Axundzadənin “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” əsərindən parça tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Qəbələ şəhər 2 nömrəli məktəbin 1-ci sinif şagirdlərinin təqdim etdikləri səhnəciklər tədbirə əlavə rəng qatıb. Bağça uşaqlarının “Turp” nağılı əsasında hazırladıqları səhnəcik tamaşaçılar tərəfindən maraqla qarşılanıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar