Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəhbərliyi Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki türbə yerinə baxış keçirərkən orada orta əsrlərə aid möhtəşəm tikinti qalıqlarının olduğunu müəyyənləşdirib.
   
   Qədim tikilinin qalıqları ərazidə vətəndaşlara verilmiş yeni həyətyanı torpaq sahələrində ağır texnika ilə hamarlama işləri aparılarkən üzə çıxıb. Hadisə ilə bağlı aidiyyəti orqanlara məlumat verilib və orada hər növ inşaat işlərinin dayandırılması tövsiyə olunub.
   Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev bildirib ki, aşkar edilən qədim bina təqribən 400 kvadratmetrə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçikölçülü, çoxsaylı otaq-hücrələrdən ibarətdir. Memarlıq xüsusiyyətləri, qiblə istiqamətində tikilməsi, rəngli kaşılarla bəzədilməsi aşkar olunan binanın daha çox məscid olması ehtimalını artırır.
   Rayonun yaşlı sakinlərinin dediklərinə görə, Şıxməzid məscidi və türbəsi ötən əsrin 30-cu illərində sovet rejimi tərəfindən həyata keçirilən “mədəni inqilab” tədbirləri çərçivəsində dağıdılıb. İlkin tədqiqatlar zamanı üst qatdan aşkar olunmuş tapıntıların təhlili göstərir ki, məscid XVI əsrin ikinci yarısında inşa edilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar