Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında ənənəvi olaraq “Borçalı türklərinin IV elat mədəniyyəti günü” keçirilib. Bayram tədbirində Gürcüstanın Kvema Kartli-Borçalı bölgəsinin rəhbərləri, Gürcüstan parlamentinin üzvləri, Azərbaycan və Türkiyədən qonaqlar iştirak ediblər.
   Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu festivalın türkləri mənəvi birliyə çağıran sənət bayramı olduğunu bildirib. Qeyd olunub ki, elat mədəniyyəti gününün keçirilməsi gürcülərin və azərbaycanlıların dostluğunu möhkəmləndirmək, Borçalı mədəniyyəti və folklorunu tanıtmaq və inkişaf etdirmək məqsədi daşıyır.
   “Borçalı türklərinin IV elat mədəniyyəti günü”ndə cıdır və digər idman yarışları təşkil edilib. Azərbaycan, Türkiyə və Gürcüstan aşıqlarının ifası və rəqqasların çıxışları tədbiri daha da rövnəqləndirib. “Borçalı türklərinin elat mədəniyyəti günü” 2009-cu ildən keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar