Naxçıvan şəhərində Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi üçün yeni bina inşa olunur. 
   Avqustun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binada tikinti işlərinin gedişi ilə tanış olub.
   Məlumat verilib ki, binada hörgü və beton işləri başa çatdırılıb, kommunikasiya xətləri çəkilib. Hazırda suvaq işləri görülür, dam örtüyü vurulur.
   Məktəbin iki mərtəbədən ibarət binasında 23 sinif otağı, tədbirlər zalı və yardımçı otaqlar istifadəyə veriləcək, kitabxana yaradılacaq. Müasir tələblər səviyyəsində inşa olunan 330 yerlik bina yeni tədris ilində istifadəyə veriləcək.
   * * *
   Həmin gün Ali Məclisin sədri Naxçıvan şəhərindəki XII-XIV əsrlərə aid “Buzxana” memarlıq abidəsində həyata keçirilməsi nəzərdə tutulan təmir-bərpa işlərinin layihəsi ilə də tanış olub. Bildirilib ki, təmir-bərpa işlərindən sonra burada lazımi şərait yaradılacaq, Azərbaycan, o cümlədən Naxçıvan mətbəxinin ləziz nümunələri təqdim ediləcək.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar