Yay mövsümü ilə əlaqədar yerli əhalinin istirahət vaxtının səmərəli keçirilməsi, ölkəmizə gələn xarici qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, gəzməli, görməli yerləri barədə ətraflı məlumatın çatdırılması işində yerlərdəki tarix-diyarşünaslıq muzeylərinin üzərinə mühüm məsuliyyət düşür.
   Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyində də tanınmış ziyalılar, görkəmli şəxsiyyətlər haqqında mütəmadi tematik sərgilər təşkil olunur, tədbirlər keçirilir.
   Bu günlərdə dövlət xadimi, daxili xidmət general-mayoru, Aydın İsrafil oğlu Məmmədova həsr olunmuş tematik gecə də bu qəbildən idi.
   Tədbir iştirakçıları Aydın Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş tematik sərgi ilə tanış olub, onun haqqında məruzə və çıxışları dinləyiblər. Üç çağırış parlamentin deputatı olmuş, fərdi təqaüdçü Sultan Məmmədov, şair Seyran Şiriyev, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, muzeyşünas Əfqan Şəfiyev, şair-jurnalist Ağagül Qasımov və digər ziyalılar Aydın Məmmədov barədə öz xatirələrini söyləyiblər.
   Qeyd olunub ki, Aydın Məmmədov ötən əsrin 80-ci illərində Azərbaycan KP Mərkəzi Komitəsi nəqliyyat və rabitə şöbəsinin müdiri, 1987-1990-cı illərdə daxili işlər naziri və ömrünün sonlarına qədər Bakı Beynəlxalq Dəniz Limanının baş direktoru işləyib. Çalışdığı bütün vəzifələrdə Vətəninə, xalqına sədaqətlə xidmət edib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar