Oktyabrın 6-da Quba rayonunda “Alma bayramı” keçiriləcək. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, xarici ölkə səfirliklərinin nümayəndələri iştirak edəcək.
   Mədəniyyət və Turizm Nazirliyi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi bayram saat 11.00-da Heydər Əliyev prospektindən Quba meydanına qədər yürüşlə başlanacaq. Yürüşdə musiqiçilər heyəti, idmançılar iştirak edəcək. Daha sonra müxtəlif ekspozisiyalar, rayonda yaşayan milli azlıqların mətbəxləri, mədəniyyəti nümayiş olunacaq.
   Bayram çərçivəsində vaxtilə valideyn himayəsindən məhrum olmuş iki gəncin nikah mərasimi keçiriləcək. Tədbir incəsənət ustalarının iştirakı ilə konsert və atəşfəşanlıqla başa çatacaq.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar