Respublikamızın mədəniyyət müəssisələrində görkəmli şair-dramaturq Hüseyn Cavidin 130 illik yubileyi ilə əlaqədar geniş tədbirlər keçirilir. Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi “Cavid ömrü” adlı tədbir də bu qəbildəndir.
   Tədbiri kitabxananın direktoru Gülnar Məhərrəmova açaraq Hüseyn Cavidin nakam taleyi, parlaq istedadı haqqında tədbir iştirakçılarına məlumat verdi. Direktor müavini Gülüstan Rəhimova şair-dramaturqun həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. Kitabxana əməkdaşları Gülnaz Məmmədova, Nisə Əliyeva, Mehparə Səfərəliyeva, Gülzar Qasımova və başqaları mütəfəkkir şair-dramaturqun həyat və yaradıcılığından danışdılar. Tədbirə dəvət olunmuş şagirdlər də öz növbələrində görkəmli şairin əsərlərindən parçalar söyləyərək tədbir iştirakçılarına kövrək hisslər yaşatdılar.
   Qələmə aldığı dərin mənalı əsərləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Hüseyn Cavid nakam taleli, amma buna baxmayaraq, parlaq istedadı ilə mənalı sətirlərlə naxışlanmış bir ömür yaşadı. O, bundan sonra da həmişəyaşar bir şəxsiyyət kimi xalqın qəlbində əbədi qərar tutacaq.
   
   Mübariz Səfiyaroğlu,
   Zərdab rayon MKS-nin əməkdaşı






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar