2012-ci il ölkəmiz üçün həm də TÜRKSOY çərçivəsində keçirilən “Mirzə Fətəli Axundzadə ili” kimi yadda qalacaq. Milli dramaturgiyamızın banisinin 200 illik yubileyi ilə bağlı Balakən rayonunun mədəniyyət müəssisələri və kitabxanalarında da tədbirlər keçirilir. Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət və Turizm Şöbəsinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkil etdiyi tədbirdə Şərqdə cəhalətin, savadsızlığın ləğv edilməsində müstəsna rol oynamış böyük mütəfəkkirin həyat və fəaliyyətindən, yaradıcılığından söz açılıb.
   Tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin inspektoru S.Yusifova, MKS-nin direktor əvəzi S.Qədirova, biblioqraf M.Cuxova, şairə-publisist T.Sultan, mədəniyyət müəssisələri və kitabxana işçiləri F.Nooyeva, F.Nixaçova və başqaları çıxış edib, şagirdlər ədibin əsərlərindən parçalar söyləyiblər.
   Katex kənd mədəniyyət və kitabxana işçilərinin ifasında “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar