![](/img/news/700x420/9394.jpg)
Oktyabrın 19-dək davam edəcək tədbir respublikanın muzeylərində saxlanılan maddi-mədəni irs nümunələrinin qorunması, konservasiyası üçün lazımi tədbirlərin görülməsi və mövcud istiqamətdə maarifləndirmə işlərinin aparılması məqsədilə keçirilir. Sərgi-seminar rayon muzeylərində çalışan rəssam-bərpaçıların peşə səriştələrinin artırılması ilə yanaşı, muzeylərdə saxlanılan əşyaların dağıdılmasının qarşısının alınması, habelə onların saxlanılma şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək.